[b]Dördüncü dəfə 10:0[/b]
23.11.2017 - 00:03
[b]Dördüncü dəfə 10:0[/b]

“Qarabağ”ın “Çelsi” ilə duelləri Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, İngiltərə çempionu təmsilçimizlə qrup mərhələsinin qarşılaşmalarında ən böyük fərqlə üstün olan komanda adını qazanıb.

 

Belə ki, London klubu iki oyunun cəmində “Qarabağ”ı 10:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin bu nəticəsi avrokubokların əsas mərhələsində - qrupda üzləşdiyimiz ən acınacaqlı hesabıdı.

 

I turun “Stemford Bric”dəki matçında 6:0 hesabı ilə uduzan “Qarabağ” öz meydanında 0:4 hesabı ilə uduzmaqla bu antirekordu rəsmiləşdirib. İndiyədək qrupa düşən Azərbaycan komandaları heç vaxt bu durumla üzləşməmişdi.

 

Ümumilikdə, təsnifat mərhələlərini də nəzərə alsaq, “Qarabağ” antirekorda şərik olub. Bu, avrokuboklar tarixində 4-cü 0:10 hesablı məğlubiyyətimizdi. Söhbət iki oyunun cəmindəki hesabdan gedir.

 

Digər üç “10”a təsnifat mərhələlərində üzülmüşük. Maraqlıdı ki, onlardan da biri “Qarabağ”ın hesabındadı. Ağdamlılar 1998/99 mövsümündə “Kopenhagen”ə yenilib – 0:6, 0:4.

 

Belə ağır vəziyyətlə üzləşən ilk Azərbaycan klubu “Neftçi” 1997/98 mövsümündə Polşa “Vidzev”indən zəif olub – 0:2, 0:8. 2013/14 mövsümündə isə “Xəzər Lənkəran” “Neftçi”ylə “Qarabağ”ın durumuna düşüb – 0:2, 0:8.

0