[b]Azərbaycan çempionunun səfər oyununun hakimi dəqiqləşdi[/b]
28.11.2017 - 11:07
[b]Azərbaycan çempionunun səfər oyununun hakimi dəqiqləşdi[/b]

Kişi voleybolçular arasında keçiriləcək “Çelenc Cup”ın II təsnifat mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Lokomotiv”in də görüşündə ətaləti qoruyacaq referilər müəyyənləşib.

 

İlk qarşılaşmada 3:0 hesabı ilə qalib gələn Fərid Cəlalovun yetirmələrinin Kiprin “Apoel” klubu ilə səfər oyunu ukraynalı Vitali Parşinə həvalə edilib. Görüşdə ikinci hakim funksiyasını slovakiyalı Lukas Kraloviç yerinə yetirəcək.

 

Qeyd edək ki, oyun noyabrın 29-da Nikosiyada baş tutacaq. 

 

0