[b]Yığmamızın oyunçularından fərqli nəticələr[/b]
02.12.2017 - 12:37
[b]Yığmamızın oyunçularından fərqli nəticələr[/b]

Qadın voleybolçular arasında Fransa çempionatında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, VIII turun ilk oyun günündə Azərbaycan millisinin üzvləri də meydana çıxıblar.

 

Belə ki, Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Sen-Rafael”in qonağı olub. Görüş təmsilçimizin komandası üçün uğurlu başlayıb. Lakin “Venel” ilk 2 seti aktivinə yazdıqdan sonra növbəti 3 hissəni uduzub – 2:3 (25:22, 25:23, 12:25, 20:25, 14:16). Qurbanova matçda 15 xal yığıb.

 

Olena Həsənova formasını geyindiyi “Le Kann” isə “Pari Sen-Klu”nu qəbul edib. Voleybolçumuzun komandası 0:3 (13:25, 22:25, 24:26) hesabı ilə məğlub olub. Həsənova görüşdə 11 xal toplayıb.

 

Tura bu gün yekun vurulacaq.

 

Qeyd edək ki, 8 matçdan sonra “Venel” 12 xalla turnir cədvəlində 6-cı, “Le Kann” 11 xalla 7-cidi.

0