Teymur Rəcəbov “M-Tel Masters” superturnirində ilk oyununu Vasili İvançuka qarşı keçirəcək

Bakı. Kənan Həsənov-APA-Sport. Bu gün Bolqarıstanın paytaxtı Sofiyada şahmat üzrə “M-Tel Masters” superturniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Teymur Rəcəbov ilk oyununu ukraynalı Vasili İvançuka qarşı keçirəcək.

21 yaşlı beynəlxalq qrossmeysterimiz rəqibi ilə ağ fiqurlarla oynayacaq. İlk turda, həmçinin Levon Aronyan (Ermənistan) - Veselin Topalov (Bolqarıstan), İvan Çeparinov (Bolqarıstan) - Bu Xianqzi (Çin) görüşləri baş tutacaq. Reqlamentə əsasən, 6 şahmatçı dairəvi sistemlə iki dövrədə mübarizə aparacaq. Üçüncü dəfə təşkil olunan və mayın 18-də başa çatacaq superturnirin baş hakiminin köməkçisi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur.


Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10