[b]Azərbaycan kuboku: 1/4 finalın ilk oyunlarının vaxtı açıqlandı[/b]
05.12.2017 - 16:18
[b]Azərbaycan kuboku: 1/4 finalın ilk oyunlarının vaxtı açıqlandı[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 10-da başlayacaq mərhələnin ilk matçında Premyer Liqanın autsayderləri “Kəpəz”lə “Keşlə” qarşılaşacaq.

 

İlk oyunlara çempionatın lideri və titulun son sahibi “Qarabağ”ın matçı ilə yekun vurulacaq.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarının hamısı “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Azərbaycan kuboku

1/4 final

İlk oyunlar

 

10 dekabr (bazar)

 

14:00. “Keşlə” – “Kəpəz”

“İnter Arena”

 

16:00. “Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu

 

11 dekabr (bazar ertəsi)

 

16:00. “Qəbələ” – “Səbail”

Qəbələ şəhər stadionu

 

19:00. “Qarabağ” – “Sumqayıt”

“Azersun Arena”

 

0