[b]“Qarabağ” yaxşı oynasa da... – STATİSTİKA[/b]
05.12.2017 - 19:45
[b]“Qarabağ” yaxşı oynasa da... – STATİSTİKA[/b]

Gənclər Liqasının Çempionlar Liqası yolunda VI tur çərçivəsində keçirilən “Roma” U-19 – “Qarabağ” U-19 oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA VI turun Romada baş tutan qarşılaşmasının göstəricilərini hesablayıb.

 

3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatan qarşılaşmada hesabın əksinə olaraq, əksər göstəricilərdə komandaların göstəriciləri bir-birinə yaxın olub. Yalnız əldə edilmiş imkanlardan rəqib daha yaxşı faydalanıb.

 

“Qarabağ” qapıya tərəf ümumilikdə 15 zərbə endiribsə, bunun 6-sı çərçivəyə yönəlib. Bütün hallarda italiyalı qapıçı uğurlu çıxış edib. Daha 4 zərbəyə rəqib müdafiəçilər sipər olublar. Qalan 8 zərbə isə qapıdan kənara gedib.

 

Rəqibdə isə bu göstərici 14-ə bərabərdi. Çərçivəyə gedən 5 zərbədən 3-ü qol olub. Qapıçımız sadəcə iki epizodda xilasedici rolunda çıxış edib.

 

 

Roma

 

Qarabağ

3

Qollar

0

14

Zərbələr

15

5

Çərçivəyə zərbələr

6

5

Çərçivəyə düşməyən zərbələr

8

4

Dəf olunan zərbələr

1

6

Qapıçı qurtarışları

2

8

Künc zərbələri

1

2

Oyundankənar vəziyyət

1

0

Tirə, dirəyə dəyən zərbələr

1

1

Sarı vərəqə

0

0

Qırmızı vərəqə

0

13

Qayda pozuntusu

10

 

0