“Yeni oyunçuya ehtiyacımız yoxdu” - Tiaqo Teles

İranda təşkil edilən beynəlxalq turnirdə çıxışını başa vuran futzal üzrə Azərbaycan millisi 3-cü pilləni tutub. Oyundan sonra yığmamızın hücumçusu Tiaqo Teles apasport.az saytına müsahibə verib.

 

- Qazaxıstanla oyunun fasiləsinə 2:0 hesabı ilə öndə yollansanız da, sonradan ardıcıl 3 top buraxdınız. Görüşün gedişatı niyə belə dəyişdi?

- Çox çətindi. Qazaxıstan oyunun böyük hissəsini demək olar ki, 5 meydan oyunçusu ilə keçirdi. Biz də səhvlərə yol verdik. Əslində, səhvləri bu cür turnirlərdə etmək lazımdı, nəinki Avropa çempionatında. Biz oyuna yaxşı başladıq, qollar da vurduq. Ancaq hesabı qorumaq çətindi. Üstəlik, turnirdə asan məğlub ediləcək komandalar mübarizə aparmır. Biri dünya çempionatının gümüş, digəri bürünc medalçısıdı. Qazaxıstan isə Avropa çempionatında bürünc medal qazanıb. Bu göstəricilər hansı səviyyədə rəqiblərlə yarışdığımızı ortaya qoyur. Hər üç komanda güclüdü. Hesaba gəldikdə, məncə, normal nəticə qazandıq. Bu, futzaldı, qələbə qazanmaq da var, uduzmaq da.

 

- Birinci hissənin sonuna yaxın sanki yorğunluq hiss olunurdu...

- Bu, milli çempionatdan irəli gəlir. Biz çempionat zamanı bu cür sürətli, güclü rəqiblərlə qarşılaşmırıq. Belə yarışlarda fiziki hazırlıq vacib şərtlərdəndi. İran, Rusiya, Qazaxıstan çempionatları çox güclüdü. Komandamız bu gün yaxşı oynadı. İgitaya komandasına kömək etmək üçün imkan vermədi. Demək olar, o, heç nə etmədi. Həm də biz məşqdə bunun üzərində işləmişdik. Biz də hesabda öndə olsaq da, tez-tez 5 meydan oyunçusu ilə çıxış edirdik. Alesio onun oyun üslubuna yaxşı bələddi, lazımi tədbir görmüşdü.

 

- Hansı səhvlər həlledici oldu?

- Bəzən topu çox tez itiririk və nəticədə rəqib qol vurur. Halbuki həmin vaxt topu tribunaya da vurmaq olar. Yenə deyirəm, bu bir sınaqdı, səhvlərimizi görmək üçün əla şansdı. Vacib olan rəsmi oyunlara daha yaxşı hazırlaşmaq, oyun keyfiyyətini yüksəltməkdi. Çoxlu çətin oyunlar keçirməliyik. Çempionatda zəif matçlardan sonra belə yüksək səviyyəli oyunlara qatılmaq hər zaman çətin olur.

 

-  Örtüyün terafleks olması oyununuza necə təsir etdi?

- Az da olsa, təsir etdi. Belə örtükdə oynamaq çətindi. Ağır olur, top sürətli hərəkət etmir. Ancaq bu, bütün rəqiblər üçün eynidi.

 

- Bəs turnirdəki ümumi nəticəni necə dəyərləndirirsiniz?

- Yaxşı nəticə qazandıq. Rəqiblərimizin hamısı reytinqdə bizdən öndədi. Bu gün qələbəni qoruya bilmədik.

 

- Sizcə, heyətə yeni oyunçular dəvət edilməlidi?

- Bizim Fineo, Vitali Borisov kimi güclü oyunçularımız var. Onlar bu gün turnirdə olmasalar da, Avropa çempionatında bizə kömək edəcəklər. Məncə, yeni dəvət edilən oyunçularımız da yaxşı təsir bağışladılar. Ona görə də yeni oyunçuya ehtiyacımız yoxdu. Buna baş məşqçi qərar verəcək, mən fikrimi dedim. Vassoura da yaxşı formadadı.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10