[b]Çempionlar Liqası: Kim hara getdi?[/b]
07.12.2017 - 02:17
[b]Çempionlar Liqası: Kim hara getdi?[/b]

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 8 qrupda yarışan 32 komanda ilk etapda çıxışlarını başa vurublar.

 

Onların arasından qrup qalibləri və ikinci pillənin sahibləri 1/8 finala yüksəliblər.

 

Üçüncü yerdə qərarlaşan komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

 

Çempionlar Liqasında 1/8 finala yüksələnlər

 

Qrup qalibləri: “Mançester Yunayted”, PSJ, “Barselona”, “Roma”, “Tottenhem”, “Liverpul”, “Mançester Siti” və “Beşiktaş”.

 

Qrup ikinciləri: “Yuventus”, “Bazel”, “Şaxtyor”, “Bavariya”, “Çelsi”, “Real”, “Porto” və “Sevilya”.

 

Avropa Liqasında 1/16 finala keçənlər

Qrup üçüncüləri: “Leypziq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, MOİK, “Seltik”

 

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. “Çelsi”, “Roma” və “Atletiko” ilə eyni qrupda yer almış ağdamlılar 2 xalla sonuncu olublar.

0