SİZİN REKLAM BURADA

Şehiç - №1

Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin ən yaxşı bombardiri, assistenti, ötürmə və seyv sayındakı rekordçusu bəlli olub.

 

İlk dəfə yarışda təmsil olunan Azərbaycanın da nümayəndəsi ən yaxşılardan biri olmağı bacarıb. “Qarabağ”ın qapıçısı İbrahim Şehiç seyv sayında turnirin “1 nömrə”sidi.

 

Bosniya və herseqovinalı qolkiper 6 oyunda hamıdan çox – 35 seyv edib. O, turnirin ən yaxşısı adını 3 seyvlik fərqlə əldə edib.

 

“Maribor”un çərçivə qoruyucusu Yasmin Handanoviç 32 qurtatışa sevinib. MOİK-in qolkiperi İqor Akinfeyevin hesabında 29 seyv var.

 

Andrey Pyatov (“Şaxtyor”) 25, Silvio Proto (“Olimpiakos”) 24 zərbə dəf etməklə ilk “beşlik”də yer alıb.

 

Bombardirlər cədvəlinə isə Kriştianu Ronaldo başçılıq edir. “Real”lı 9 qolla hamıdan öndədi. Onun 5 izləyicisinin hərəsi 6 dəfə fərqlənib.

 

Assistentlər siyahısında isə Ceyms Milner 1-ci olub. “Liverpul”lunun hesabında 5 qol ötürməsi var. O, izləyicisi Neymardan minimal fərqlə öndədi.

 

“Sebilya”nın futbolçusu Ever Baneqa ötürmə sayında ən yaxşı adını qazanıb. 613 ötürməsi olan futbolçu ən yaxın izləyicisi – Marko Verattini (PSJ) 72 fərqlə geridə qoyub. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10