[b]ÇL: Turun qoluna 5 namizəd[/b]
07.12.2017 - 15:45
[b]ÇL: Turun qoluna 5 namizəd[/b]

Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı qoluna namizədlər açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, ən yaxşıya 5 qol namizəd göstərilib.

 

Azarkeşlər “Şaxtyor”un yarımmüdafiəçisi Bernardın (“Mançester Siti”yə), “Liverpul”un hücumçusu Sadio Manenin (“Spartak”a), “Yuventus”lu Federiko Bernardeskinin (“Olimpiakos”a), “Tottenhem”in hücumameyilli oyunçusu Son-Hun Minin (APOEL-ə) və “Real”ın superulduzu Kriştianu Ronaldonun (“Borussiya”ya) vurduğu qol arasında seçim etməli olacaqlar.

 

Qeyd edək ki, fərqlənən 5 futbolçunun hər birinin komandası Çempionlar Liqasında 1/8 final mərhələsinə adlayıb.

0