[b]Millətlər Liqası: UEFA Azərbaycan və Ermənistanla bağlı qərarını verdi[/b]
07.12.2017 - 21:21
[b]Millətlər Liqası: UEFA Azərbaycan və Ermənistanla bağlı qərarını verdi[/b]

UEFA Avropa Millətlər Liqasının püşkatma prosedurunu təsdiqləyib. Apasport.az saytının məlumatına görə, bu barədə qitənin ali futbol qurumunun İsveçrənin Nyon şəhərində keçirilən iclasında qərar verilib.

 

Püşk mərasimi 2018-ci il, yanvarın 24-də keçiriləcək. İsveçrənin Luzan şəhərində baş tutacaq tədbirdə ümumilikdə 55 komanda 4 liqada mübarizəyə qoşulacaq.

 

Azərbaycan yığması özündən başqa 15 mümkün rəqibi ilə birlikdə D liqasında yarışacaq. Liqasının güclülərindən olan millimz ilk səbətdə yer alıb.

 

16 komanda hərəsində 4 ölkə olmaqla 4 qrupda mübarizə aparacaq.

 

Maraqlıdır ki, UEFA siyasi konfliktdə olan dövlətləri də nəzərə alıb. Belə ki, həm D liqasındakı Azərbaycan və Ermənistan, həm də B liqasındakı Rusiya və Ukrayna eyni qrupa düşməyəcək.

 

Otomatik alternatif metin yok.

0