[b]“Buna “Qarabağ” üzərindəki qələbədən çox sevinəcəm” - Monçi[/b]
09.12.2017 - 10:43
[b]“Buna “Qarabağ” üzərindəki qələbədən çox sevinəcəm” - Monçi[/b]

“Bazar günü qələbə qazanmağa borcluyuq. Mənə görə, hazırda çempionatın ən kritik məqamındayıq”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın futbol direktoru Ramon Monçi deyib.

 

Çempionlar Liqasında “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanan “canavarlar” sabah İtaliya A seriyasının XVI turu çərçivəsində “Kyevo”nun qonağı olacaq.

 

Qarşılaşma öncəsi İtaliya mətbuatına danışan Monçi qələbənin onlar üçün çox vacib olduğunu söyləyib: “Əgər “Kyevo” üzərində qələbə qazansaq, buna Çempionlar Liqasında “Qarabağ”la matçdakı qalibiyyətdən daha çox sevinəcəm. Çempionlar Liqasında qrupdan çıxmaq əladı. Ancaq dayana bilmərik. Azarkeşlərin istəyini reallaşdırmaqda davam etməliyik. “Roma” fanatları pley-off mərhələsinə çıxdığımız üçün sevinirlər. Ancaq onlar daha çox şey gözləyirlər”.

 

Qeyd edək ki, “Roma” hazırda İtaliya çempionatında 4-cü pillədə qərarlaşıb.

0