[b]“Şanslar yenə bərabərdi” – Yunis Hüseynov[/b]
10.12.2017 - 16:13
[b]“Şanslar yenə bərabərdi” – Yunis Hüseynov[/b]

“Yaxşı nəticə qazanmaq istəyirdik. Amma alınmadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Keşlə”nin qonağı olan “Kəpəz” 0:2 hesabı ilə uduzub.

 

Matçdan sonra mətbuat konfransı keçirən Hüseynov bunları deyib: “Qarşıda Gəncədəki oyunumuz da var. İnanıram ki, futbolçular cavab matçında yaxşı oynayacaqlar. Kubok matçları iki oyundan ibarət olduğu üçün şanslar yenə bərabərdi”.

 

- Dedimar Fereyra sarı vərəqə alaraq limiti doldurdu. Demək olar ki, qışdan sonra o və digər legionerlər komandada qalmayacaq?

- Oseqeyl zədəlidi. Samba Diallo isə məşq öncəsi zədələnmişdi.

0