[b]Dani Kintana üçün 2 yubiley[/b]
11.12.2017 - 12:56
[b]Dani Kintana üçün 2 yubiley[/b]

IV turdan təxirə salınan “Səbail” – “Qarabağ” oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib. Apasport.az saytının məlumatına görə, matçdakı 2-ci qolun müəllifi üçün bu top tarixi olub.

 

“Səbail”in qapısından keçirilən qol ispaniyalının Premyer Liqada, hamısı “Qarabağ”da olmaqla 20-ci qoludu. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”dakı 25-ci topdu. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.

 

Qeyd edək ki, “Qarabağ” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.

 

0