SİZİN REKLAM BURADA

“Beşiktaş”dan “Bavariya”ya cavab: Bizi ondan soruşun

Çempionlar Liqasının 1/8 final mərhələsində rəqib olan “Bavariya” ilə “Beşiktaş” arasında mübarizə gözləniləndən erkən başlayıb. Apasport.az saytının məlumatına görə, hər iki klub sosial şəbəkə vasitəsilə bir-birinə “söz atıb”.

 

İlk olaraq, “Bavariya” tvitter hesabından hücumçusu Robert Levandovskinin bir əli cibində, digəri ilə də telefonla danışan şəklini paylaşıb. Polşalı forvardın gülən yerdə olan fotosunun üzərində isə “Beşiktaş”a gəlirik” sözləri yazılıb. “Bavariya” bununla yayda transferlər zamanı “Beşiktaş”a gəl” (Come to Beşiktaş) şüarından istifadə edən Türkiyə klubuna sataşıb.

 

“Beşiktaş”ın isə almanlara cavabı özünü çox gözlətməyib. İstanbul nəhəngi “Leypsiq”in hücumçusu Timo Vernerin qrup mərhələsində Türkiyədəki qarşılaşmanın gedişində əvəzləndiyi və qulağını tutduğu şəkli paylaşaraq, “Bizi Timo Vernerdən soruşun” mesajını göndərib.

 

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10