[b]Azərbaycan çempionatı Avropanın ən zəifləri arasında[/b]
14.12.2017 - 16:04
[b]Azərbaycan çempionatı Avropanın ən zəifləri arasında[/b]

Avropanın əksər ölkələrindən fərqli, Azərbaycan çempionatında dekabrın əvvəllərindən qış fasiləsi yaranıb. Apasport.az saytının məlumatına görə, geridə qalan ilk yarı yeni il ərəfəsində heç də gərgin mübarizə vəd etmir.

 

Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə adlayan “Qarabağ” bu turnirdəki ağır oyunlara baxmayaraq, Premyer Liqanın ilk iki dövrəsində heç bir çətinlik yaşamadı. Cəmi 2 matçda büdrəyən və ən yaxın izləyicisindən 6 xal öndə olan Qurban Qurbanovun komandası oyun baxımından qat-qat güclü görünür. Ağdam təmsilçisini “Qəbələ” və “Zirə” izləsə də, onların çempionluqdan çox, 2-ci yer uğrunda bir-birləri ilə yarışmaları daha inandırıcı görünür.

 

Avropa Liqasına vəsiqə verən 4-cü yerin hazırkı sahibi “Sumqayıt” isə nəinki çempionluğa, heç ilk “üçlüy”ə iddia edəcək vəziyyətdə deyil. Liderlə avrokuboku hədəfləyən 4-cü pillədəki komanda arasında olan 17 xallıq fərq çempionatda rəqabətin nə dərəcədə aşağı olduğundan xəbər verir. Cari mövsümdəki rəqabət baxımından Azərbaycan Premyer Liqasını Avropanın ən zəif çempionatlarından biri saymaq olar.

 

Payız-yaz sistemi üzrə keçirilən 35 ölkənin daxili birinciliyinə nəzər yetirsək, çox az çempionatda liderlə 4-cü yerdə qərarlaşan komanda arasında belə böyük fərq görünür. Bu mənada yalnız Monteneqro, Moldova, İngiltərə və Serbiyanın yüksək liqaları Azərbaycan çempionatından geri qalır. İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatı hesab edilsə də, “Mançester Siti” cari mövsümdəki parlaq çıxışı sayəsində çoxları tərəfindən indidən çempion elan edilir. Bu isə ingilislər üçün yad mənzərədi.

 

Onu da vurğulayaq ki, adları sadalanan ölkələrin birinciliyində komandalar daha çox oyun keçiriblər. Yəni “Mançester Siti” 17 tur ərzində 18 xallıq fərq yaradıbsa, “Qarabağ” cəmi 14 matçdan sonra 17 xal önə keçib. Üstəlik, turdan-tura bu fərqin daha da artması gözlənilir.

 

Beləliklə, daxili birinciliklərin ilk “dördlüy”ündəki xal fərqinə əsasən, Avropanın 35 ölkəsi arasında Azərbaycan Premyer Liqası rəqabət baxımından 31-cidi. Ən gərgin çempionat isə Yunanıstan liqasıdı. Bu ölkənin Superliqasında 4-cü yerin sahibi liderdən cəmi 3 xal geri qalır. Dörd ölkədə bu fərq 5 xaldı ki, onlardan biri də Türkiyədi.

 

Çempionatlarda liderlə 4-cü pillədəki komandanın xalı

 

Monteneqro. 19 tur

“Sutyeska” – 48 xal

“Mladost” – 24 xal

Fərq: 24 xal

 

Moldova. 18 tur

“Şerif” – 45

“Daçiya” – 26

Fərq: 19

 

İngiltərə. 17 tur

“Mançester Siti” – 49

“Tottenhem” – 31

Fərq: 18

 

Serbiya. 22 tur

“Srvena Zvezda” – 57

“Radniçki” – 39

Fərq: 18

 

Azərbaycan. 14 tur

“Qarabağ” – 37

“Sumayıt” – 20

Fərq: 17

 

Danimarka. 19 tur

“Midtyulland” – 44

“Hobro” – 27

Fərq: 17

 

Çexiya. 16 tur

“Viktoriya” – 46

“Slovan” – 30

Fərq: 16

 

Belçika. 18 tur

“Brügge” – 44

“Gent” – 28

Fərq: 16

 

Avstriya. 19 tur

“Şturm” – 44

“Admira” – 28

Fərq: 16

 

Xorvatiya. 19 tur

“Dinamo” – 47

“Riyeka” – 32

Fərq: 15

 

Ukrayna. 19 tur

“Şaxtyor” – 42

“Zarya” – 27

Fərq: 15

 

Sloveniya. 18 tur

“Maribor” – 43

“Rudar” – 29

Fərq: 14

 

Bolqarıstan. 20 tur

“Ludoqorets” – 48

“Beroe” – 34

Fərq: 14

 

Rumıniya. 21 tur

“ÇFR Kluj” – 49

“Botoşani” – 35

Fərq: 14

 

İsveçrə. 18 tur

“Yanq Boyz” – 37

“Qrasshoppers” – 24

Fərq: 13

 

Macarıstan. 19 tur

“Ferensvaroş” – 41

“Honved” – 28

Fərq: 13

 

Lüksemburq. 13 tur

“Niderkorn” – 31

“Jeness” – 20 (12 oyun)

Fərq: 11

 

Ermənistan. 15 tur

“Alaşkert” – 30

“Şirak” – 19

Fərq: 11

 

Almaniya. 16 tur

“Bavariya” – 38

“Bayer” – 27

Fərq: 11

 

Şimali İrlandiya. 19 tur

“Kolerayn” – 48

“Kliftonvill” – 37 (18 oyun)

Fərq: 11

 

Şotlandiya. 18 tur

“Seltik” – 41 (17 oyun)

“Hibernian” – 30

Fərq: 11

 

Slovakiya. 19 tur

“Spartak” – 43

DAK – 32

Fərq: 11

 

Hollandiya. 16 tur

PSV – 40

“Zvolle” – 30

Fərq: 10

 

Fransa. 17 tur

PSJ – 44

“Marsel” – 35

Fərq: 9

 

Rusiya. 20 tur

“Lokomotiv” – 45

“Krasnodar” – 36

Fərq: 9

 

Portuqaliya. 14 tur

“Porto” – 36

“Sportinq” – 28

Fərq: 8

 

İspaniya. 15 tur

“Barselona” – 39

“Real” – 31

Fərq: 8

 

Kipr. 15 tur

AEK – 35

APOEL – 27 (13 oyun)

Fərq: 8

 

İsrail. 13 tur

“Hapoel” (Beer-Şeva) – 30

“Makkabi” (Təl-Əviv) – 23

Fərq: 7

 

Bosniya və Herseqovina. 18 tur

“Jelezniçar” – 41

“Şiroki Briyeq” – 35

Fərq: 6

 

Türkiyə. 15 tur

“Qalatasaray” – 32

“Beşiktaş” – 27

Fərq: 5

 

Uels. 15 tur

“Nyu-Seynts” – 35

“Kardiff” – 30

Fərq: 5

 

İtaliya. 16 tur

“İnter” – 40

“Roma” – 35

Fərq: 5

 

Polşa. 20 tur

“Legiya” – 38

“Lex” – 33

Fərq: 5

 

Yunanıstan. 14 tur

AEK – 30

“Atromitos” – 27

Fərq: 3 

0