[b]“Real” çox istəsə, Ronaldo ilə dəyişə bilərik”[/b]
14.12.2017 - 17:16
[b]“Real” çox istəsə, Ronaldo ilə dəyişə bilərik”[/b]

Bu mövsüm müdafiə xətti ilə bağlı ciddi problemlər yaşayan Madrid “Real”ı “Beşiktaş”ın futbolçusu Pepeni qaytarmaq fikrinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya klubu bununla bağlı portuqaliyalı futbolçunun özü ilə əlaqə saxlayıb.

 

Lakin “Beşiktaş” rəhbərliyi 34 yaşlı mərkəz müdafiəçisini əldən buraxmaq fikrində deyil. Məsələyə münasibətini bildirən “ağ-qaralar”ın prezidenti Fikrət Orman Portuqaliya millisinin üzvünü bir şərtlə buraxa biləcəklərini söyləyib: “Real”dan bununla bağlı bizə təklif gəlməyib. Pepedən hədsiz dərəcədə razıyıq. Pepe məşq bitdikdən sonra hətta qalıb aşağı yaş qrupu komandalarındakı uşaqları çalışdırır. Onun burda olması bizi məmnun edir. Hədəfimiz qış fasiləsində komandanı gücləndirmək və Çempionlar Liqasında növbəti mərhələyə adlamaqdı. Əlbəttə ki, “Real” Pepeni çox istəsə, Ronaldo ilə dəyişə bilərik”.

 

Qeyd edək ki, Pepe “Beşiktaş”a cari mövsümün əvvəlində məhz “Real”dan keçib.

0