Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Bakıya gəlib
12.05.2008 - 12:24
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Bakıya gəlib
Bakı. Kənan Həsənov-APA-Sport. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vuya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Fəxri doktoru adı verilib. Bu haqda “APA-Sport” agentliyinə Boks Federasiyasının baş katibi Tofiq Babanlı məlumat verib. Onun sözlərinə görə, AİBA rəhbərinə mükafatı bu gün ADBTİA-da təşkil olunan yığıncaqda federasiya prezidenti Ağacan Abıyev təqdim edib.
Qeyd edək ki, Ç.K.Vu fəxri qonaq qismində Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq turnirə dəvət almışdı.
0