[b]ARAF ilə yekun vurdu[/b]
26.12.2017 - 10:51
[b]ARAF ilə yekun vurdu[/b]

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2017-ci ilə yekun vurub. ARAF-dan apasport.az saytına verilən məlumata görə, bu məqsədlə Binə Atçılıq Mərkəzində tədbir keçirilib və mövsümün yekunları müzakirə olunub.

 

Əvvəlcə qonaqlara ilin yarışlarını əks etdirən videoçarx göstərilib. Daha sonra ARAF prezidenti Elçin Quliyev ili yüksək nailiyyətlərlə başa vuran idmançı, məşqçi, hakim və digər mütəxəssislərə fəxri diplom və mükafatlar təqdim edib.

 

Mərasimində çıxış edən federasiya prezidenti ölkəmizdə atçılığının intibah dövrü yaşadığını, respublikada yeni idman qurğularının tikildiyini və bu idman növünün inkişaf etdiyini xüsusi vurğulayıb. Elçin Quliyev bütün nailiyyətləri Azərbaycan prezidenti İlham Əliyevin bu idman növünə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

 

Ardınca tədbirdə atçılığın cıdır və konkur növləri üzrə müxtəlif turnirlərin, xüsusən də beynəlxalq yarışların müvəffəqiyyətlə təşkil olunduğu xatırlanıb. Çövkən oyunu üzrə Prezident Kubokunun uğurla keçirildiyi və bu idman növünün kütləvi xarakter aldığı bildirilib. Polo üzrə Azərbaycanda keçirilən beynəlxalq turnirin də əhəmiyyəti qeyd olunub. İlin yekunlarına həsr olunan tədbir bədii proqramla başa çatıb.

 

0