[b]“Beşiktaş”: 4:1-lə 1/4 -ə tərəf - VİDEO[/b]
29.12.2017 - 00:30
[b]“Beşiktaş”: 4:1-lə 1/4 -ə tərəf - VİDEO[/b]

Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsində ilk oyunlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, son iki matçda “Beşiktaş”la “Osmanlıspor”, “Akhisar”la isə “Boluspor” qarşılaşıb.

 

Doğma azarkeşləri önündə çıxış edən “Boluspor” aşağı dəstəni təmsil etsə də, Superliqa komandası “Akhisar”a qalib gələ bilib – 2:1.

 

“Beşiktaş” isə “Osmanlıspor”da üstün olub. “Qara qartal” 4:1 hesablı qalibiyyətə sevinib.

 

Qeyd edək ki, bu mərhələnin bütün cavab oyunları yanvarın 17-də keçiriləcək.

 

Türkiyə Kuboku

1/8 final, ilk oyunlar

 

“Boluspor” – “Akhisar” – 2:1

Qollar: Keleş, 84 (avtoqol), Okutan, 88 – Çelik, 63

 

“Beşiktaş” – “Osmanlıspor” – 4:1

Qollar: Vrsayeviç, 15 (avtoqol), Neqredo, 36, Cenk, 50, Quaresma, 90+4 – Dukara, 74

 

“Beşiktaş” – “Osmanlıspor” matçının qısa icmalını təqdim edirik.

 

 

0