[b]Jidkova 3 nominasiyada birinci oldu[/b]
09.01.2018 - 20:25
[b]Jidkova 3 nominasiyada birinci oldu[/b]

Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin cavab matçları çərçivəsində keçirilmiş “Azərreyl” (Azərbaycan) – “Ştiinta” (Rumıniya) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisinin 3:0 hesabı ilə qalib gəlib, “qızıl set”də uduzduğu və 1/8 finala çıxa bilmədiyi görüşün bombardiri Yekatrina Jidkova olub.

 

“Dəmiryolçular”ın hücumçusu komandasının aktivinə 23 xal əlavə edib. O, ən yaxşı hücumçu nominasiyasında da hamını qabaqlayıb – 18 xal. Topu oyuna ən yaxşı daxil edən də Jidkovadı – 3 xal. Ən yaxşı qəbuledici isə rəqibin üzvü Mixaela Albudur.

 

Ən yaxşı blokçu da komandamızın voleybolçusu olub. Svitlana Dorsman “Azərreyl”ə 4 blok xalı qazandırıb.

 

Qeyd edək ki, “Azərreyl” səfərdə keçirilən matçda 1:3 hesabı ilə məğlub olmuşdu.

0