SİZİN REKLAM BURADA

Klubundan ayrıldı, menecerini Azərbaycana göndərdi

Toqo millisinin yarımmüdafiəçisi Dav Vome Azərbaycana köçməyə yaxındı. Apasport.az saytının CAR mətbuatına istinadən məlumatına görə, 27 yaşlı futbolçu bunun üçün klubu “SuperSport Yunayted”lə yollarını ayırıb.

 

Ötən mövsümü icarə əsasında “Orlando Pirates”də keçirən Vome açıqlamasında “SuperSport Yunayted”dən ayrılmasının səbəbkarı kimi baş məşqçini göstərib: “Mənə dedilər ki, müqavilə müddətim uzadılmayacaq. Baş məşqçi buna razılıq verməyib. Çünki onun məni oynatmaq fikrinin olmadığını gördüm. Görünür, onun sisteminə uyğun gəlmədim. Qarşıdakı 6 ayı ehtiyatda keçirməmək üçün rəhbərliklə görüşdüm və klubla yollarımı rəsmən ayırdım”.

 

CAR klubu ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən və azad agent statusu daşıyan hücumameyilli oyunçunun Azərbaycanda klub axtardığı bildirilir. Hətta xəbərdə Vomenin menecerini bu məqsədlə ölkəmizə göndərdiyi də vurğulanıb. Onunla həmçinin CAR klubları “Kape Taun” və “Orlando Pirates” də maraqlanır.

 

Qeyd edək ki, tam adı Sename Dav Vome Dobe olan yarımmüdafiəçi Toqo millisinin heyətində keçirdiyi 35 matçda 6 qola imza atıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10