[b]“Dadaşov bizi gücləndirməz” – Almaniya klubunun rəsmisi[/b]
11.01.2018 - 13:04
[b]“Dadaşov bizi gücləndirməz” – Almaniya klubunun rəsmisi[/b]

Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun “Şportfroynde” klubuna keçidi baş tutmayacaq. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, “Dinamo”nun forvardı III Bundesliqa təmsilçisinə lazım olmayıb.

 

Bu barədə açıqlama verən “Şportfroynde” rəsmisi Manfred Vilke 26 yaşlı forvarda ehtiyac duymadıqlarını söyləyib. O, Regionalliqada cari mövsümün bombardiri olan Dadaşovu “Şportfroynde”ni gücləndirəcək səviyyədə hesab etmir: “O, bizi gücləndirməz. Bu transferin komandaya bir xeyrinin olacağını düşünmürəm”.

 

Həmçinin klubun məşqçisi Co Laumann da hücumçu axtarışında olmadıqlarını bildirib. Bütün bunlar “Şportfroynde”nin Rüfət Dadaşovun transferindən imtina etdiyindən xəbər verir.

 

Qeyd edək ki, Rüfət Dadaşov Berlin “Dinamo”sunun heyətində bu mövsüm keçirdiyi 18 oyunda 19 qola imza atıb.

0