“Borussiya”nın 9 futbolçusu zəhərləndi

Dortmund “Borussiya”sı xoşagəlməz halla üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisinin futbolçuları zəhərlənib.

 

Hadisə komandanın İspaniyadakı təlim-məşq toplanışının son günündə baş verib. Toyuq dönəri yeyən 9 futbolçu - Nuri Şahin, Ömər Toprak, Roman Bürki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Puluşiç, Yakob Brun Larsen və Dominik Reymann özlərini yaxşı hiss etməyiblər. Xəstəxanaya aparılan adıçəkilən oyunçuların zəhərləndiyi məlum olub. Onların müalicəsinə dərhal start verilib. Futbolçuların həftəsonu Bundesliqanın növbəti turu çərçivəsində “Volfsburq”la qarşılaşmaya qədər sağalmaları gözlənilir.

 

Qeyd edək ki, Bundesliqada mövsümün ilk dövrəsini 3-cü pillədə tamamlayan “Borussiya”nın aktivində 28 xal var.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10