SİZİN REKLAM BURADA

Renat Dadaşov “Ayntraxt” rəsmisinin cavabını verdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, gənc futbolçunun bu dəfə instaqram səhifəsindəki paylaşımı müzakirə mövzusu olub.

 

Belə ki, o, topa zərbə vurarkən havada olduğu an çəkilən şəklini paylaşıb və bu sözləri yazıb: “Yüksəkdən uçursan və anidən aşağı düşürsən. Ancaq incəsənət o zaman qalır ki, yenidən ayağa qalxırsan və uçursan. Heç vaxt “sınmırsan”, yoluna davam edirsən”.

 

Almaniyalı həmkarlarımız Dadaşovun bununla klubun idman direktoru Fredi Bobiçə cavab verdiyini düşünürlər. Çünki Bobiç bir müddət əvvəl 19 yaşlı forvardı qeyri-peşəkarlıqda, üzərində çalışmamaqda günahlandırmışdı.

 

Həmçinin “Ayntraxt”ın əsas komandasının Mursiyadakı təlim-məşq toplanışına qatılan həmyerlimizin fiziki göstəricilərinin aşağı olması da diqqətdən yayınmayıb. Bu üzdən onun xidmətində maraqlı olan III Bundesliqa təmsilçisi “Halleşer”ə icarəyə verilməsi istisna edilmir.

 

Qeyd edək ki, Renat Dadaşovun “Ayntraxt”la müqavilə müddəti 2020-ci ilə qədərdi.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10