[b]“Qarabağ”ın müdafiəçisi dünyanın “2 nömrə”si ilə - FOTO[/b]
15.01.2018 - 00:01
[b]“Qarabağ”ın müdafiəçisi dünyanın “2 nömrə”si ilə - FOTO[/b]

“Qarabağ”ın sosial şəbəkələrin aktiv istifadəçisi olan müdafiəçisi Yakub Jezniçak tvitter hesabı ilə yeni bir foto paylaşıb. Apasport.az saytının məlumatına görə, Kuba bu dəfə həmyerlisinə dəstək nümayiş etdirib.

 

Belə ki, qadın tennisçilər arasında hazırda dünya reytinqində ikinci pillədə olan Karolina Vojniaçki ilə birlikdə fotosunu paylaşan Jezniçak ona bu gün start götürmüş nüfuzlu “Australia Open” tennis turnirində uğur arzulayıb.

 

Qeyd edək ki, Vojniaçki Danimarkanı təmsil etsə də, əslən polşalıdı və Skandinaviya bölgəsinin ilk dünyasəviyyəli tennsiçisi hesab olunur.

 

0