Azərbaycanın 7 futbolçusu Polşa çempionatında çıxış edə bilər
14.05.2008 - 11:45
Azərbaycanın 7 futbolçusu Polşa çempionatında çıxış edə bilər
Onun sözlərinə görə, yayda daha 7 azərbaycanlı futbolçunun Polşaya yollanması gözlənilir. Y.Məmmədov meneceri olduğu oyunçuların Avropada çıxış etməsi üçün əcnəbi həmkarları ilə danışıqları da yekunlaşdırıb. Dörd ay əvvəl “Qrotslin” və “Jagelloniya”nın düşərgəsində olan, lakin özünü göstərib baxışdan keçə bilməyən Vüqar Nadirov növbəti dəfə özünü ölkə xaricində sübut etmək şansı qazanacaq. “Masallı”nın 21 yaşlı hücumçusu ilə yanaşı, Orxan Rəcəbov (“Olimpik”), Vasif Əliyev (“Bakı”), Ramazan Abbasov (“Neftçi”) və Nizami Hacıyev (“İnter”) iyunun əvvəlində “Qrotslin”in düşərgəsində olmalıdır. Onlardan hər hansının digər komandada baxışa gedəcəyi də istisna olunmur. Futbolçuların meneceri daha iki oyunçunun legioner həyatı yaşamaq üçün Polşaya üstünlük verəcəyini gözləyir. Lakin “Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayevlə “Qarabağ”ın yarımmüdafiəçisi Murad Ağakişiyevin baxışdan keçmək üçün vətəni tərk edəcəyi tam dəqiqləşməyib. Belə ki, K.Ağayev hazırda zədəsi ilə bağlı bərpa prosesini Almaniyada keçirdiyindən tam hazır olması üçün müəyyən vaxta ehtiyacı var. M.Agakişiyev isə “Qarabağ”ı tərk edib-etməməklə bağlı son qərarın hələ verməyib.
0