[b]“Azərbaycan çempionuna qalib gəlməliyik” – “Olimpiakos”un oyunçusu[/b]
17.01.2018 - 12:01
[b]“Azərbaycan çempionuna qalib gəlməliyik” – “Olimpiakos”un oyunçusu[/b]

“Hazırda Azərbaycanda kişi voleybolu inkişafdadı. Buna baxmayaraq, rəqibimiz “Lokomotiv”in bizdən zəif olduğunu düşünürəm”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstanın “Olimpiakos”unun voleybolçusu Andreas Andreadis deyib.

 

36 yaşlı blokçu “Çelenc Cup”ın 1/8 final mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycan çempionu “Lokomotiv” barədə fikirlərini açıqlayıb. O bildirib ki, əsas məqsədləri turniri medalla başa vurmaqdı: “Biz Azərbaycan çempionuna qalib gəlməliyik. Matça yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, bu gün qələbə qazanacağıq. Yarış üçün hədəfimiz öncədən bəllidi və buna nail olmalıyıq. Məqsəd “Dördlər finalı”na yüksəlməkdi. Yalnız həlledici mərhələdən sonra çempionluq üçün oynayıb-oynamayacağımız bilinəcək”.

 

Qeyd edək ki, “Olimpiakos” “Lokomotiv”lə ilk matçına bu gün çıxacaq. Görüş Pireydə olacaq. 

0