[b]“Qarabağ”dan “fair play” nümunəsi - VİDEO[/b]
17.01.2018 - 20:04
[b]“Qarabağ”dan “fair play” nümunəsi - VİDEO[/b]

“Qarabağ” hazırlıq matçında Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, matçın 40-cı dəqiqəsində hakim rusların qapısına penalti təyin edib.

 

Keçmiş “Qəbələ”li Aleksey Qayın Miçelə qarşı hərəkətini qaydalardan kənar olduğunu düşünən referi “nöqtə”ni göstərib. Ancaq sözügedən vəziyyətdə hakimin qərarı ilə “Qarabağ”lı oyunçular da razılaşmayıblar.

 

Belə olan halda topa yaxınlaşan Mahir Mədətov onu nümayişkaranə şəkildə kənara vuraraq fürstədən imtina edib.

 

Qeyd edək ki, oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. 

0