[b]“Oyun bizim üçün faydalı məşq oldu” – Roman Qriqorçuk[/b]
17.01.2018 - 20:29
[b]“Oyun bizim üçün faydalı məşq oldu” – Roman Qriqorçuk[/b]

“Bu oyun bizim üçün çox faydalı alındı. Toplanışın yorğunluğu hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Türkiyənin Antalya şəhərində keçirilən “Qəbələ” – “Sürix” oyunundan (0:1) sonra açıqlama verən “qırmızı-qaralar” qarşılaşma haqqında fikirlərini bölüşüb: “Rəqib də elə komanda idi ki, bizim yaxşı məşq etməyimizə səbəb oldu. Keçirdiyimiz görüş hazırlıq proqramımızda faydalı bir məşq idi. İki il öncə 4:0 hesabı ilə qalib gəlib, indi uduzmağımız isə heç nə demir. Həmin görüşü artıq unutmuşuq”.

 

Qriqorçuk təlim-məşq toplanışının başa çatan ilk mərhələsini də dəyərləndirib: “Qazaxıstan təmsilçisi “Atrau” ilə yoxlama oyununda ikinci heyətə güvənib, əsasən gənclərə şans verməyi planlaşdırırdıq. Matçın keçirilməməsi onlar barədə məlumat ala bilməməyimizlə nəticələndi. Lakin ümumilikdə isə toplanışın bu hissəsi yaxşı, hətta çox yaxş keçdi. Hava şəraiti də bizə mane olmadı. Çox yaxşı çalışdıq”.

0