[b]“Çelsi”yə transfer qadağası qoyula bilər[/b]
19.01.2018 - 10:48
[b]“Çelsi”yə transfer qadağası qoyula bilər[/b]

FİFA “Çelsi”nin transferi ilə bağlı araşdırmaya başlayıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, London klubu gənc futbolçuların qeydiyyatı zamanı qaydalara əməl etməməkdə günahlandırılır.

 

Məsələ burasındadı ki, Bertran Traore 18 yaşında “zadəganlar”la peşəkar müqavilə imzalayıb. Lakin o, qeyri-rəsmi 16 görüşdə iştirak edib ki, bu da FİFA-nın qaydalarına ziddi. Lakin yeganə problem Traore ilə bağlı deyil. Ali futbol qurumu ümumilikdə 25 gənc futbolçunun qeydiyyatı zamanı klubun qaydalara riayət etməməsindən şübhələnir. Əgər “Çelsi” bu məsələdə günahkar bilinsə, kluba transfer qadağası qoyulacaq.

 

Qeyd edək ki, Bertran Traore ötən il “Lion”a transfer olunub.

0