[b]Dəniz Yılmaz “Gənclərbirliyi”nə problem yaratdı[/b]
19.01.2018 - 14:44
[b]Dəniz Yılmaz “Gənclərbirliyi”nə problem yaratdı[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazı “Bursaspor”dan transfer edən “Gənclərbirliyi” klubu problemlə üzləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, paytaxt təmsilçisində əcnəbilərin sayı limiti aşıb.

 

Belə ki, Dəniz Azərbaycan millisində oynadığı üçün “Gənclərbirliyi”nin 16-cı əcnəbisi olub. Halbuki Superliqa klublarının 28 nəfərlik iştirak ərizələrində maksimum 14 əcnəbi yer ala bilər. Baş məşqçi Ümit Özatın daha bir neçə transfer istəməsi isə rəhbərliyi çətin vəziyyətə salıb.

 

“Gənclərbirliyi” ilk olaraq 3 oyunçudan qurtulmağa çalışır ki, onlardan biri də ötən yay “Qarabağ”ın maraq dairəsinə düşən Tokelo Rantiedi. Cənubi afrikalı futbolçu ölkəsindən qayıtmadığı üçün klub onunla müqaviləyə xitam vermək niyyətindədi. Lakin rəhbərlik həm onunla, həm də əsas komandadan uzaqlaşdırılan braziliyalı Renato Baruffi və rumıniyalı Kosmin Mateylə heç cür yollarını ayıra bilmir.

 

Türklər yeni əcnəbilər transfer etmək üçün bu 3 oyunçu ilə yanaşı, daha bir neçə legionerini yola salmalıdı.

0