[b]“Azərbaycanla oyunda gücümüzü göstərməliyik” – “Torino”nun hücumçusu[/b]
20.01.2018 - 10:26
[b]“Azərbaycanla oyunda gücümüzü göstərməliyik” – “Torino”nun hücumçusu[/b]

“Milliyə dəvət aldığım üçün sevincli, ölkəmin şərəfini qoruyacağım üçün qürurluyam”. Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının hücumçusu Vitali Damaşkan deyib.

 

Yerli mətbuata açıqlama verən 19 yaşlı forvard məşqçi dəyişikliyinin onlara xeyir verəcəyini bildirib. Bu yaxınlarda “Torino”ya transfer edilən Damaşkan ilk olaraq Moldova yığmasının yeni baş məşqçisi Aleksandr Spiridon haqda danışıb: “Yeni baş məşqçimiz çox güclü mütəxəssisdi. Onunla bir-birimizi əla başa düşürük. Maraqlı, eyni zamanda intensiv məşqlər keçir. Spiridon futbolçulara nə etmək lazım olduğunu çox gözəl başa salır. Baş məşqçi bizdən sürətli futbol tələb edir”.

 

“Torino”ya keçməklə arzusunun reallaşdığını söyləyən gənc forvard ilk olaraq Cənubi Koreya və Azərbaycanla oyunlara kökləndiyini vurğulayıb: “Torino”dan əvvəl məni qarşıdakı iki oyun düşündürür. Məqsədimiz həm Cənubi Koreya, həm də Azərbaycanla görüşdə gücümüzü göstərmək, nəyə qadir olduğumuzu bilmək və uğurlu nəticə qazanmaqdı. Bundan sonra “Torino” barədə danışa bilərəm”.

 

Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Antalyada Cənubi Koreya, 30-da isə Azərbaycanla qarşılaşacaq.

0