[b]“Messi pis futbolçudu” - Ronaldo[/b]
22.01.2018 - 13:21
[b]“Messi pis futbolçudu” - Ronaldo[/b]

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo “Barselona”nın üzvü Lionel Messini pis futbolçu adlandırıb. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri “Marca” nəşri yayıb.

 

İspaniya çempionatının XX turunda “Deportivo” ilə keçirilən oyundan öncə futbolçularla birgə meydana çıxan uşaqlardan biri Ronaldoya “Mənə görə dünyanın ən yaxşısı sənsən, Messi isə...” deyib. Bu zaman portuqaliyalı superulduz müdaxilə edərək, cümləni özü bitirib: “Messi isə pis futbolçudu”.

 

Qeyd edək ki, Ronaldonun dubla imza atdığı qarşılaşmada “Real” “Deportivo”nu 7:1 hesablı məğlubiyyətə uğradıb. 

0