[b]Milli üzvləri üçün uğursuz tur[/b]
28.01.2018 - 22:09
[b]Milli üzvləri üçün uğursuz tur[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XVI turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, tur Azərbaycan millisinin oyunçuları üçün uğursuz alınıb.

 

Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Qalatasaray”ı qəbul edib. Derbi ev sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Hücumçumuz görüşdə 7 xal toplayıb.

 

Millimizin kapitanı Odina Bayramovanın çıxış etdiyi “Seramiksan” isə 1:3 hesabı ilə uduzub. Komanda digər milli üzvü Marqarita Əzizovanın komandası “Beşiktaş” ilə bacarmayıb. Bayramova “Seramiksan”a 3 xal qazandırıb. Əzizova isə “Beşiktaş”ın heyətində oyuna çıxmayıb.

 

Yığmamızın digər hücumçusu Yana Kulanın formasını geyindiyi “Beylikdüzü” isə səfərdə “Bursa BŞB”ya uduzub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kulan 29 xal toplamaqla matçın bombardiri olub.

 

Beləliklə, XVI turun yekununa əsasən, 37 xala malik “Fənərbaxça” 3-cüdü. “Beşiktaş”ın 21 xalla 7-ci olduğu turnir cədvəlində “Seramiksan” 9-cu (17 xal), “Beylikdüzü” isə 10-cudu (13 xal).

0