[b]Avropa çempionumuz Psixiatriya Xəstəxanasına göndərildi[/b]
29.01.2018 - 14:53
[b]Avropa çempionumuz Psixiatriya Xəstəxanasına göndərildi[/b]

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixatrik ekspertizası təyin olunub.

 

O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

 

Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

İsmayılov 2003-cü ildə Makedoniyanın paytaxtı Skopye yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

0