[b]Yığmamızın hücumçusu oynadı, komandası 1-ci oldu - FOTO[/b]
03.02.2018 - 13:39
[b]Yığmamızın hücumçusu oynadı, komandası 1-ci oldu - FOTO[/b]

Qadın voleybolçular arasında Rusiya Superliqasında XVII turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su “Saxalin”i qəbul edib.

 

Qarşılaşma 3:0 hesabı ilə Tatarıstan təmsilçisinin xeyrinə başa çatıb. Qarşılaşmada forma geyinən Məmmədova matçda 10 xal toplayıb.

 

Kazan “Dinamo”su 17 oyundan sonra liderliyini qoruyub və aktivindəki xal sayını 48-ə çatdırıb. Bununla da Natalyanın komandası cari birinciliyin sonuna 1 tur qalmış pley-offa vəsiqəni 1-ci yerlə təmin edib.

 

0