[b]Azərbaycan çempionu zirvədəki yerini möhkəmlətdi - YENİLƏNİB[/b]
05.02.2018 - 16:09
[b]Azərbaycan çempionu zirvədəki yerini möhkəmlətdi - YENİLƏNİB[/b]

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan matçda ölkə çempionu “Lokomotiv” “Naxçıvan”ı sınağa çəkib.

 

Fərid Cəlalovun yetirmələri ilk 2 görüşdə olduğu kimi, bu dəfə də asan qələbəyə seviniblər. Onlar ikinci setdə rəqibə cəmi 5 xal veriblər. Yekunda 3:0 hesabı ilə qalib gələn "dəmiryolçular" turnir cədvəlindəki liderliklərini möhkəmlədiblər. 

 

Yüksək Liqa
5 fevral

“Lokomotiv” – “Naxçıvan” - 3:0 (25:18, 25:5, 25:15)

 

N

Komanda

O

Q

M

S

T

X

1

Lokomotiv

3

3

0

9-1

246-186

9

2

Sərhədçi

3

2

1

7-3

233-189

6

3

Neftçi

3

2

1

6-3

215-166

6

4

MOİK

1

1

0

3-1

94-93

3

5

Ekspress

2

0

2

1-6

134-169

0

6

Naxçıvan

3

0

3

0-9

135-225

0

7

U-18

1

0

1

0-3

46-75

0

 

0