[b]Azərbaycan nümayəndə heyəti “Ağ Olimpiada”ya sabah yollanacaq[/b]
07.02.2018 - 14:34
[b]Azərbaycan nümayəndə heyəti “Ağ Olimpiada”ya sabah yollanacaq[/b]

Azərbaycan nümayəndə heyəti Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarına sabah yola düşəcək. Bu barədə apasport.az saytına məlumatı Milli Olimpiya Komitəsindən (MOK) veriblər.

 

Fevralın 9-25-də təşkil olunacaq “Ağ Olimpiada”ya yollanacaq nümayəndə heyətinə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Səfərə onunla birgə MOK-un baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər də yollanacaqlar.

 

Qeyd edək ki, Azərbaycan Qış Olimpiya Oyunlarına 1998-ci ildən qatılır. Bu dəfəki Olimpiadada ölkəmizi slalom və böyük slalom yarışlarında Patrik Braxner təmsil edəcək. Artıq idmançımız və bir sıra rəsmi şəxslər Pxençxandı. Onlar Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimində də iştirak ediblər. 

0