[b]Yenə legioner, yenə eyni idman növü və ya 6-cı cəhd[/b]
09.02.2018 - 09:26
[b]Yenə legioner, yenə eyni idman növü və ya 6-cı cəhd[/b]

Bu gün Pxençxanda rəsmi açılış mərasimi keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında Azərbaycan millisinin 6-cı cəhdi olacaq. Apasport.az saytının məlumatına görə, ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində “Ağ Olimpiada”ya qatılan yığmamız bundan sonra yarışın ənənəvi iştirakçısına çevrilib.

 

Ardıcıl 6-cı dəfə yarışa qatılan komandamızın ən yaxşı nəticəsi Soçi-2014-ə təsadüf edib. Həmin vaxt Aleksey Sitnikov – Yuliya Zlobina cütlüyü fiqurlu konkisürmədə 12 yeri tutub.

 

Buna kimi qatıldığımız yarışlarda ən pis nəticə Elbrus İsakovun adındadı. Naqanoda xəstəlik səbəbindən yarışa qatılmayan idmançı 4 il sonra çıxışını başa vura bilməyib. Qaya Bassani Antivari isə ötən il start xəttinə çıxmayıb.

 

Pxençxanda 1 idmançımız qüvvəsini sınayacaq ki, bununla da Qış Olimpiya Oyunlarına qatıldığımız atletlərin sayı dəyişməz qalacaq – 13. Çünki Elbrus İsakov, Kristina Frezer və İqor Lukanin, Qaya Bassani Antivari kimi Patrik Braxner də ardıcıl ikinci dəfə Olimpiadada mübarizə aparacaq.

 

Maraqlıdı ki, idmançılar ölkəmizi yalnız  fiqurlu konkisürmə və dağ xizək idmanı növündə təmsil edib. Bu dəfə də istisna olmayıb. Cənubi Koreyaya yollanan heyətdə yer alan idmançımız məhz dağ xizəyinin slalom və nəhəng slalom yarışlarında start xəttinə çıxacaq.

 

Qeyd edək ki, “Ağ Olimpiada”da indiyədək yalnız milliləşdirilmiş legionerlərə güvənmişik.

 

Azərbaycan millisi Qış Olimpiya Oyunlarında

 

Naqano-1998

 

Fiqurlu konkisürmə

Yuliya Vorobyova – 16-cı yer

İqor Paşkeviç – 16

İnqa Rodionova - Aleksandr Aniçenko – 18

 

Dağ xizək idmanı

Elbrus İsakov - xəstələndiyi üçün yarışa qatılmayıb.

 

Solt-Leyk-Siti-2002

 

Fiqurlu konkisürmə

Sergey Rılov – 24

Kristina Frezer və İqor Lukanin – 17

 

Dağ xizək idmanı

Elbrus İsakov – çıxışını başa vura bilməyib

 

Turin-2006

 

Fiqurlu konkisürmə

Kristina Frezer və İqor Lukanin – 19

 

Vankuver-2010

 

Dağ xizək idmanı

Sedrik Nots (nəhəng slalom) – 72

Slalom – çıxışını başa vura bilməyib

 

Qaya Bassani Antivari (nəhəng slalom) - 57

Slalom – çıxışını başa vura bilməyib

 

Soçi-2014

 

Dağ xizək idmanı

Qaya Bassani Antivari (nəhəng slalom və slalom) – starta çıxmayıb

Patrik Braxner (nəhəng slalom) – 53

Slalom - çıxışını başa vura bilməyib

 

Fiqurlu konkisürmə

Aleksey Sitnikov – Yuliya Zlobina – 12

 

Pxençxan-2018

 

Patrik Braxner - (nəhəng slalom və slalom)

 

0