[b]Millimiz Avropa çempionatına yollanır[/b]
10.02.2018 - 16:23
[b]Millimiz Avropa çempionatına yollanır[/b]

Fevral 13-18-də Rusiyada keçiriləcək badminton üzrə Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət milli komandamız qitə çempionatı öncəsi Bakıda son məşqinə çıxıb. Badminton Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız bu gün gecə saatlarında yarışın təşkil olunacağı Kazan şəhərinə yollanacaq.

 

Üçüncü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ukraynalı məşqçi Yevgeni Poçtaryovun rəhbərliyi altında turnirdə millimizin heyətində Kənan Rzayev, Orxan Qələndərov, Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Ezmi Qovimuramadhoni və Edi Rezki Dviçayo iştirak edəcəklər.

 

Çempionatın reqlamentinə əsasən, komandalar yeddi qrupda mübarizə aparacaqlar. Qrup qalibləri ilə yanaşı, ən yaxşı qrup ikincisi pley-off mərhələsinə vəsiqə qazanacaq. Komandamız ilk oyununu fevralın 13-də Lüksemburq yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

 

0