[b]“Bavariya”da yeni müqavilə[/b]
12.02.2018 - 17:34
[b]“Bavariya”da yeni müqavilə[/b]

“Bavariya” rəhbərliyi komandanın qapıçısı Sven Ulrayxla yeni müqavilə imzalayıb. Apasport.az saytı klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin sözləşməsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub.

 

Manuel Noyerin zədələnməsindən sonra “çərçivə”ni ələ keçirən Ulrayx rəhbərliyin etimadını doğruldub. Buna görə də, münhenlilər onunla yeni saziş imzalanmasını lazım biliblər. Bununla da, adı müxtəlif klublarla yanaşı çəkilən Ulrayx söz-söhbətlərə son qoyub.

 

“Ştutqart”ın yetirməsi olan Sven 2015-ci ildən “Bavariya”nın üzvüdü.

 

Qeyd edək ki, Ulrayx cari mövsümdə ümumilikdə 27 oyunda meydana çıxıb və qapısından 25 top buraxıb.

 

 

0