[b]"Yanvar və fevralda oynamaq istəmirik" - baş məşqçi üsyan etdi[/b]
12.02.2018 - 20:33
[b]"Yanvar və fevralda oynamaq istəmirik" - baş məşqçi üsyan etdi[/b]

"Çelsi"nin baş məşqçisi Antonio Konte növbəti dəfə təqvimin sıxlığından gileylənib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis Premyer Liqadakı uğursuz çıxışı bununla əlaqələndirib.

 

Konte bildirib ki, komandası yanvar və fevral aylarında oynamaq niyyətində deyil: "Premyer Liqa qış fasiləsinə hazır olmaya bilər. Ancaq "Çelsi" iki ay - yanvar və fevralda oynamaq istəmir. Liderdən 25 xal da geridə qala və turnir cədvəlinin ortalarında qərarlaşa bilərik. İstənilən halda mənim futbolçularım istirahət edəcəklər. Ən vacibi də bu deyilmi?".

 

Qeyd edək ki, hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşan "Çelsi" lider "Mançester Siti"dən 22 xal geri qalır.

0