AFFA hakimi söyən futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsi (İK) bugünkü iclasında U-17 liqasında keçirilən “Səbail” – “Neftçi” matçında baş verən hadisələrlə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, komitə görüşdə qırmızı vərəqə alan “Neftçi”nin oyunçularına müvafiq cəzalar tətbiq edib.

 

İkinci sarı vərəqədən sonra meydandan qovulan Vüqar Quliyev 1, kobud oyuna görə birbaşa qırmızı vərəqə alan İlkin Əbiyev 2 oyunluq diskvalifikasiya olunub. Qarşılaşmanın son dəqiqələrində hakimi təhqir etdikləri üçün meydandan qovulan “ağ-qaralar”ın digər üzvləri Nihad Qurbanlı və Abbas Abbasov isə 4 oyunluq cəzaya məruz qalıb.

 

Bundan başqa, həvəskarlar liqasının “Balaxanı” – “Bərdə” matçında ikincilərin oyunçusu İlkin Fərhadov referinin ünvanına söyüş işlətdiyindən, eyni formada cəzalandırılıb.

 

Həmçinin U-14 Liqasında keçirilən “Zirə” – “Qəbələ” oyununun 29-cu dəqiqəsində “Zirə”dən Rza Əliyev və Cavidan Bilalzadə, “Qəbələ”dən isə Nuğay Rəşidov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə almışdılar. Adıçəkilənlərin hər biri qarşıdakı 4 matçda komandalarına kömək edə bilməyəcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10