[b]Umtiti yeni müqavilə üçün şərt qoydu[/b]
14.02.2018 - 18:47
[b]Umtiti yeni müqavilə üçün şərt qoydu[/b]

“Barselona” müdafiəçisi Samuel Umtitiyə yeni müqavilə təklif edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi onunla anlaşma müddətini 2024-cü ilə qədər uzatmaqda maraqlıdı.

 

İspaniya nəhəngi bununla həm də Umtitinin müqaviləsində göstərilən sərbəst qalma məbləğini artırmaq niyyətindədi. Fransa millisinin üzvü hazırkı müqaviləyə əsasən 60 milyon avro qaşılığında azad agent statusu daşıya bilər.

 

Lakin ulduz futbolçu bunun üçün şərt qoyub. Belə ki, o, illik maaşının 5-6 milyon avroya yüksəldilməsini tələb edib. 24 yaşlı oyunçunun meneceri “Mançester Yunayted”in onlara bu məbləği təklif etdiyini bildirib.

 

Qeyd edək ki, Samuel Umtiti “Barselona”ya 2016-cı ildə “Lion”dan keçib.

0