[b]Yığmamızın üzvü Bundesliqanın ən dəyərli futbolçusu oldu[/b]
15.02.2018 - 10:56
[b]Yığmamızın üzvü Bundesliqanın ən dəyərli futbolçusu oldu[/b]

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun uğurlu çıxışı onun transfer qiymətinə də təsirsiz ötüşməyib. IV Bundesliqa təmsilçisi “Dinamo”nun formasını geyinən forvardın dəyərində dəyişiklik edilib.

 

Belə ki, məşhur “transfermarkt” çempionatın bombardiri olan Rüfətin mövsümün əvvəlində 125 min avroluq transfer qiymətinin artıq 200 min avroya yüksəldiyini vurğulayıb. Bununla, 27 yaşlı Dadaşov çıxış etdiyi çempionatın ən dəyərli oyunçusuna çevrilib.

 

Onunla qış fasiləsində III Bundesliqa təmsilçiləri maraqlansalar da, “Dinamo” futbolçusunu havayı buraxmağa razılıq verməmişdi.

 

Qeyd edək ki, Rüfət Dadaşov “Dinamo”ya ötən il “Moyzelvits”dən keçib.

0