[b]Sabiq dünya çempionu seksual hərəkətlərə görə saxlanıldı[/b]
15.02.2018 - 12:00
[b]Sabiq dünya çempionu seksual hərəkətlərə görə saxlanıldı[/b]

4 çəki dərəcəsi üzrə sabiq dünya çempionu, boksçu Edrien Broner saxlanılıb. Apasport.az saytının məlumatına görə, o, yenidən seksual qalmaqalla diqqət mərkəzinə düşüb.

 

28 yaşlı amerikalı Atlantadakı ticarət mərkəzlərindən birində etdiyi hərəkətə görə polis tərəfindən saxlanılıb. O, alış-veriş məkanında qızlardan birinə seksual xarakterli yaxınlıq etmək istəyib. Buna razı olmayan qarşı tərəf polisə şikayət edib.

 

Lakin Broner günahının olmadığını deyib: “Mən heç kimə toxunmamışam. Sadəcə olaraq, qız mənimlə şəkil çəkdirmək istəyirdi. Mənim isə belə niyyətim yox idi”.

 

Qeyd edək ki, artıq 10-cu dəfə saxlanılan sabiq dünya çempionunun aprelin 21-də məhkəməsi keçiriləcək.

 

0