[b]Ulduz futbolçu "Beşiktaş"dan FİFA-ya şikayət etdi[/b]
15.02.2018 - 12:51
[b]Ulduz futbolçu "Beşiktaş"dan FİFA-ya şikayət etdi[/b]

“Beşiktaş”ın yarımmüdafiəçisi Rikardo Kuarejma FİFA-ya müraciət ünvanlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçu klubundan şikayət edib.

 

Belə ki, ulduz futbolçu “ağ-qaralar”ın onu intizamsızlığa görə cərimələməsinə qarşı çıxıb. 2015-16 mövsümündə 12 sarı, 2 qırmızı, 2016-17-də 10 sarı, bu mövsüm isə 3 sarı, 1 qırmızı vərəqə alan Kuarejma klub tərəfindən ümumilikdə 350 min avroluq cəriməyə məruz qalıb.

 

Bu qərarla razılaşmayan 34 yaşlı oyunçu cəzanın ləğvi üçün FİFA-ya şikayət edib. “Beşiktaş”la müqavilə müddəti 2020-ci ilə qədər olan və ilinə 2.1 milyon avro maaş qazanan Kuarejmanın müraciətinə əsasən, ali futbol qurumu klubla danışığa başlayıb.

0