[b]Joze Mourinyo yeni ampluada: Mundialda çıxış edəcək[/b]
15.02.2018 - 19:41
[b]Joze Mourinyo yeni ampluada: Mundialda çıxış edəcək[/b]

Joze Mourinyo dünya çempionatı vaxtı özünü yeni ampluada sınayacaq. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Rusiyada keçiriləcək mundial vaxtı şərhçi qismində fəaliyyət göstərəcək.

 

Bu barədə Rusiya mətbuatı xəbər yayıb. Bildirilib ki, “Mançester Yunayted”in məşqçisi hələlik adı açıqlanmayan kanalların birində çıxış edəcək.

 

Ancaq Mou bütün çempionat boyu deyil, sadəcə bir görüşü şərh edəcək.

 

Qeyd edək ki, DÇ-2018 14 iyun 15 iyul tarixləri arasında Rusiyada keçiriləcək.

0