[b]Yığmanın yeni baş məşqçisi bəlli oldu[/b]
16.02.2018 - 01:19
[b]Yığmanın yeni baş məşqçisi bəlli oldu[/b]

Futbol üzrə Şotlandiya yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bundan sonra sözügedən komandanı Aleks Makliş çalışdıracaq.

 

59 yaşlı mütəxəssislə Şotlandiya Futbol Federasiyası arasında 2020-ci ilə qədər müqavilə imzalanıb.

 

Şotlandiya yığmasına son olaraq Qordan Straçan rəhbərlik edirdi. Lakin komanda DÇ-2018-ə vəsiqə qazana bilmədiyi üçün o, istefaya göndərilmişdi.

 

Qeyd edək ki, Makliş karyerasında ikinci dəfə Şotlandiya yığmasının “sükanı arxasına” keçir. Şotlandiyalı mütəxəssis 2007-ci ildə də qısa müddətə ölkəsinin yığmasına rəhbərlik edib. Onun son iş yeri isə Misirin “Zamalek” klubu olub.

 

0